Günay oğlu ilə hovuzda-FOTOLAR

Günay oğlu ilə hovuzda - Fotolar

Məşhur model Günay Musayeva oğlu ilə fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, Günay sosial media hesabından oğlu ilə fotolarını paylaşaraq bu sözləri yazıb:

“Uşaqlar bizim gələcəyimiz, nemətimiz, dəyərlimizdir. Onlara xoşbəxt olmaq üçün imkan yaradıb, beləcə biz də xoşbəxt olacağıq”.

 

 

88889988898898

Reklamlar

Qarabağda erməni əsgəri öldürülüb

 

Erməni ordusunun əsgəri Hamlet Qriqoryanın Qarabağda naməlum şəraitdə ölümcül güllə yarası alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildiriliblər.

Nazirliyin məlumatına görə, hadisənin detalları aydınlaşdırmaq üçün araşdırma aparılır.

Səlim Müslümova daha bir zərbə-Bu əla oldu

Eks-nazir Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra araşdırmalar başlayıb. Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində nazirlikdə külli miqdarda yeyinti faktları üzə çıxıb. Yerli mediada yer alan iddialara görə, sabiq nazir 2 milyard manata qədər dövlət vəsaitini mənimsəyib. Hesablama Palatasının audit tədbirləri nəticəsində bəlli olub ki, yüzlərlə dünyasını dəyişmiş şəxsin adına pensiyalar təyin edilib və mənimsənilib. 
Xeberlerdotaz xəbər verir ki, gundeminfo.az-a daxil olan informasiyaya əsasən araşdırmalar təkcə vəsaitlərin təyin edilməsi ilə bağlı deyuil. ƏƏSMN-də həyata keçirilən elektron “islahatlar” nəticəsində Səlim Müslümov mahir bir bacarıq nümayiş etdirib. Dövlət vəsaitləri hesabına nazirlik pensiyaların, əllilik dərəcələrinin və ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə vahid elektron sistem yaradıb.
Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun “misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?
Saytımıza verilən məlumata əsasən S.Müslümovun ən çox “pul gətirən” adamı Elnur Məcidov olub. Gundeminfo.az-a nazirlikdəki mənbələrdən verilən xəbərə görə, ünvanlı sosial yardımların təyin edilməsinə yalnız bir şəxs, Elnur Məcidov nəzarət edib və təyinatla bağlı qərarı da o verib. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdirindən gedir. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə Məşğulluq siyasəti, Əmək miqrasiyası, Peşə standartları və Demoqrafiya və əhali sakinliyinin inkişafı sektorlarından ibarətdir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
Belə ki, əgər məlum elektronlaşma olan VEMTAS sistemi üzrə “islahatlar”ına qədər vətəndaşlar yerli idarələr vasitəsilə sənədlərini hazırlayaraq təqdim edirdilərsə, “islahatlar”dan sonra vətəndaşlar sənədlərini toplayır, poçt vasitəsilə qeyd edilən şöbəyə müraciət edirdilər. ƏƏSMN-nin yerli şöbələrində isə bu islahatlardan sonra xeyli ştat ixtisar edilmiş, yalnız bir neçə əməkdaş vətəndaşlara toplanacaq sənədlərin siyahısını və necə hazırlanacağına dair məslətlər verirdilər. Nəticə etibarilə də ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar nazirlikdəki bağlı qapılar arxasında bu yardımların necə təyin edilməsindən xəbərsiz olurdular.
Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Elnur Məcidovun rəhbərlik etdiyi şöbə üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 700 min manat dəyərində olan elektron proqram sifariş edilib. Bu proqram ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlar haqqında bütün informasıyaları hazır şəkildə şöbəyə təqdim edir. Maraqlıdır ki, faktiki olaraq elektron hökumət sistemində olmayan, məsələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, mobil rabitə operatorparının obanentlərinə dair bilgilər, kadastr üzrə çıxarışlar və digər inzibati resurslar Elnur Məcidovun aldığı proqramda necə hazırlanıb? Bu proqram “Elektron Hökumət” sistemində olmayan informasiyaları necə əldə edirmiş? Həm də kifayət qədər bahalı olan bu proqram harada hansı şirkət tərəfindən hazırlanıb heç bir bilgi verilmirdi.
Saytımıza danışan mənbə deyir ki, nazirin birinci müavini, nazirliyin aparat rəhbərinin belə sözü və səlahiyyəti keçməyən Elnur Məcidov birbaşa Səlim Müslümova tabe olub. Sadə dillə desək şöbə müdiri ünvanlı sosial yardımları necə təyin edirdisə, o şəkildə də nazirinə “hesabat” verib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Bütün tərəfləri dinləməyə hazırıq.

Prezident xəstəxanaya yerləşdirildi

Mahmud Abbas yenə xəstəxanaya yerləşdirildi

 

Fələstin rəhbəri Mahmud Abbas son bir həftədə üçüncü dəfə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Ramallahda ürək xəstəlikləri ilə bağlı bəzi testlər verib.

Onun nəticələrinin və səhhətinin normal olduğu bildirilib.

Qeyd edək ki, M.Abbas 14 mayda xəstəxanaya yerləşdirilərək qulağından kiçik əməliyyat olmuşdu. 9 mayda isə səhhətindəki başqa narahatlıqla əlaqədar reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Müdafiə Nazirliyindən mühüm xəbər-FOTO

Müdafiə Nazirliyi şəhid hərbiçimizlə bağlı BƏYANAT YAYDI

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

Xeberlerdotaz xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Leyla Əliyevanın qızı mərhum nazirin nəvəsinin ad günündə-FOTOLAR

Leyla Əliyevanın qızı Safuranın oğlunun ad günündə - FOTOLAR

Eurovision təmsilçimiz Safura Əliyeva oğlu İsgəndərin ad günündən yeni fotolar yayımlayıb.

BiG.AZ xəbər verir ki, İsgəndərin doğum günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı Əminə də iştirak edib. Fotoları təqdim edirik:

Leyla Əliyevanın qızı Safuranın oğlunun ad günündə - FOTOLAR
Leyla Əliyevanın qızı Safuranın oğlunun ad günündə - FOTOLAR
Leyla Əliyevanın qızı Safuranın oğlunun ad günündə - FOTOLAR
Leyla Əliyevanın qızı Safuranın oğlunun ad günündə - FOTOLAR

 

Yeni nazir yoxlanışa başladı-FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.
Nazirlikdən  verilən məlumata görə, mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək.
S.Babayev Mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin da burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılmasını tapşırıb.
Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini nəzərdən keçirib, müvafiq tapşırıqlar verib. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu Mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.
Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.
Nazir Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olan insanlara bərpa müalicəsi xidmətləri göstərən Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. S.Babayev müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.

4 bacının tək qardaşı- Şəhid olan igidimizin fotosu

"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU

Xəbər verdiyimiz kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Şəhid Tatarov Adilin 19 yaşı olub. Bu haqda BiG.AZ-a şəhidimizin dostu Elçin Qəmbərov məlumat verib. O bildirib ki, Adil 4 bacının yeganə qardaşı idi. Adil Ağstafa rayon, Qıraq Kəsəmən kənd sakini olub. 1999-cu il yanvarın 26-da anadan olmuşdu.

Allah rəhmət eləsin!

 

Şərh yazmaq istəyirsənsə aşağıdakı Bir cavab yazın bölməsin doldur

ŞOK: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bütün dünyanı ŞOKA saldı – Bax Əsil qərar budur

Ərdoğana sui-qəsd edilə bilər — Qərb kəşfiyyatı məlumat sızdırdı

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdalıq Təşkilatının (İƏT) fövqəladə toplantısında çıxışı zamanı deyib.

ŞOK: Türkiyə Qüdsə ordu yeridir – “Fələstinli qardaşlarımız bilsin ki,…”

Buradakı toplantıda fələstinli qardaşlarımıza əsla yalnız olmadıqlarını bildirmək istəyirik.

“Bizlər bu regionu qan gölünə çevirmək istəyənlərə “dayan” deyirik. Bu gün İsrail quldurları tərəfindən öldürülən fələstinlilər üçün hərəkətə keçmək zamanıdır. Qüdsə sahib çıxmaq, bəşəriyyətə sahib çıxmaqdır. Qüds 3 səmavi dinin qovşağıdır. Qüdsə hər hansı hücum bəşəri dəyərlərə edilən hücum anlamına gəlir”, – deyə dövlət başçısı bildirib.

Azərbaycan şəhid verdi-SON DƏQİQƏ

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Xeberlerdotaz-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir:

“Törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”.

 

 

 

Xoşqədəm Zaura elə söz atdı ki..

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Baxşəliyevin reklam etdiyi ginekoloq Natiq Məhərrəmov bir neçə gün əvvəl saxtakarlığa görə həbs edilib.
Xeberlerdotaz axşam.az-a istinadən xəbər verir ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında N.Məhərrəmov da yer alıb.
Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində ad çəkmədən Zaura söz atıb. O, bildirib ki, proqramına dəvət etdiyi həkimlərin hamısını araşdırır:
“Burada həmişə verilişimə gələnlərə deyirəm “nömrəbir” həkimlər. Xoşqədəm bu sözləri elə-belə demir. Hər zaman araşdırır, bilir kimdi, bu həkimin keçmişi nədir, peşəsi nədir… Başqa bir sahəni qurtarıb sonra tibbə gəlib, yoxsa gəlməyib. Xəstələri ondan məmnundur, ya deyil, neçə insanı həyata qaytarıb, neçə insana övlad bəxş edib. Ondan sonra efirə çıxarıram. Çünki onlar araşdırmadan üzüağ çıxanlardır”.
Qeyd edək ki, X.Hidayətqızı ilə Z.Baxşəliyev illərdir küsülüdür.

Müğənni Maral Tahirqızı Babək prospektində ağır qəza törədib- VİDEO

Xeberlerdotaz xeber verir kiAzxeber.com-dan əldə etdiyi özəl görüntülər Bakıda Babək prospektində təhlükəzlik kamerası tərəfindən lentə alınıb. Müğənni idarə etdiyi avtomobildə sayıqlığı itirib və “Hyundai”yə çırpılıb. Daha sonra isə yerində dövrə vurmağa başlayıb. Maral qəza nəticəsində xəsarət almayıb. Lakin hər iki avtomobilə xeyli ziyan dəyib.

 

Azərbaycanda qayınata qızının baldızını zorladı: Qız hamilədir

Azərbaycanda qayınata qızının baldızını zorladı: Qız hamilədir

“Kiməsə desən sənin başını kəsəcəm”.

Xeberlerdotaz goldnews.az-a istinadən xəbər verir ki, müstəntiq Elçin Tağıyev Qafqazinfo-ya açıqlamasında hadisə barədə məlumat verib.

O bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb:

“2013-cü ilin avqustunda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar.

 

Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, evdə heç kimin olmadığını görüb. Qızdan atasının harada olduğunu soruşub, o isə atasının evdə olmadığını deyib.

İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib.

Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm.

Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyun ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonunun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib.

Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.

Alpinistlərlə bağlı şok iddia – “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO

Ötən il dekabrın 17-də itkin düşən və meyitləri tapılan Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov hadisəsi ilə bağlı şok iddia irəli sürülüb.
BakuPost xəbər verir ki, “Everest” idman klubunun rəhbəri, peşəkar alpinist Rusif Bağırov meytlərin tapılmasıyla bağlı yayılan məlumatların şübhə doğurduğunu bildirib. İddia edib ki, itkin alpinistlərin meyitləri yayılan məlumatdakı kimi 4 metr deyil, 1,20-1,30 sm dərinlikdən çıxarılıb.
O, bunu sübut edən fotolar da yayılmayıb və qeyd edib ki, alpinstlərin meyiti çox şübhəli şəkildə, anidən tapılıb.
R. Bağırov dövlət qurumlarının səhvini boynuna almalı olduğunu, Baş Prokurorluğun axtarışların bu qədər uzanmasında günahkar olan şəxsləri cəzalandırmasını istəyib.
Rusif Baghirov adlı şəxsin şəkli.
Rusif Baghirov adlı şəxsin şəkli.
Rusif Baghirov adlı şəxsin şəkli.

Tanınmış aktyor yanaraq dünyasın dəyişdi-FOTO

 

Görüntünün olası içeriği: 3 kişi

Türkiyəli aktyor Kazım Aktan Ərzincandakı evinin yanması nəticəsində ölüb.

75 yaşlı aktyor yanğın zamanı ikimərtəbəli evində qızı ilə birlikdə olub. 30 yaşlı Məleykə Aktan isə qonşuların köməyi ilə xilas edilib.

Yanğının səbəbləri məlum deyil.

Xeberlerdotaz türk mətbuatına istinadən mərhum aktyorun şəklin sizlərə təqdim edir

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə, mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

“Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki “Bakinskiy bulvar” restoranında azərbaycanlıların gözü qarşısında saxlanılıb. Məlum olub ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur.

Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində  Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə həbs qətimkan tədbiri seçilib. O, 8 il azadlıqdan məhrum edilə bilər.

Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var.

“Azərbaycanda Əliyev, Elçibəy və Rəsulzadə adına universitet açılsın”-Təklif

Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır.
BakuPost xəbər verir ki, bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin yaradılması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı danışarkən APA-ya açıqlamasında deyib.
Q.Həsənquliyevin sözlərinə görə, o parlamentdə Azərbaycanın üç tarixi şəxsiyyətinin adına yeni bir universitetin yaradılması məsələsini qaldırıb: “Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş üç tarixi şəxsiyyətin M.Ə.Rəsulzadənin gələn il, Heydər Əliyev və Əbülfəz Elçibəyin bu il yubileyləri olacaq. Onarın hər birinin adına yeni bir universitet açsaq həm onların ruhunu şad edərik, həm də xalqımız bundan faydalanar. Nəzərə alsaq ki, Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”.
Deputat Gömrük Komitəsinin Akademiyasını Azərbaycan Respublikası Gömrük Komitəsinin Heydər Əliyev adına hüquq və iqtisadiyyat Akademiyası adlandırılmağı təklif edib: “Bu günlərdə Gömrük Komitəsinin yeni rəhbərliyi ictimaiyyət nümayəndələri ilə gömrükdə şəffaflıq mövzusunda dəyirmi masa təşkil etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Bəlli oldu ki, bir çox sahibkarlar elektron gömrük bəyannamələrini doldura, müasir informasiya texnologiyalarından istifadə edə bilmirlər. 2012-ci ildə Prezident fərmanı ilə yaradılmış GK-nın Akademiyasında bir fakültə üzrə iki ixtisas var və ildə cəmi 44 tələbə qəbul edir. 6 il keçməsinə baxmayaraq Qəbələdə tikilməsi nəzərdə tutulan Akademiyanın binası və tələbə yataqxanası hələ də tikilib başa çatmayıb”.
Q.Həsənquliyev qeyd edib ki, müasir bir ali məktəbin fəaliyyətə başlaması imkan verəcək ki, Qəbələ turizmlə yanaşı Azərbaycanın yeni bir elmi, mədəni  mərkəzinə çevrilsin. Artıq ölkə Prezidenti Qəbələyə dəmir yol xəttinin çəkilməsi barədə də göstəriş verib. Akademiyada hüquq və iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, maliyyə, mühasibat uçotu, biznes idarəçiliyi və s. bu kimi fakültələr olmalıdır. Eyni zamanda həmin fakültələrdə ingilis dilli bölmələr olmalı, tələbələrin sayı isə minlərlə sayılmalıdır. Akademiya yalnız GK üçün yox ölkə üçün, özəl sektor  və xarici ölkələr üçün də kadrlar hazırlamalıdır”.
Milli Məclisin deputatı, Bakı ətrafında Rəsulzadənin adına Azərbaycanın çox ehtiyac hiss etdiyi yeni bir texnologiya universitetinin açılmasını məqsədəuyğun sayıb: “Belə bir universiteti hansısa nüfuzlu universitetin filialı kimi də açmaq olar. Həm də özəl universitet kimi”.
“Üçüncü, ictimai siyasi elmlər universitetini isə Ordubadda Əbülfəz Elçibəyin adına açıb Azərbaycanın bu dilbər guşəsinin hərtərəfli inkişafına böyük töfhə vermiş olarıq.
Müasir dünyada elmə və təhsilə qoyulan investisiya ölkənin inkişafını, xarici ölkələrdən tələbə cəlb etməklə ölkənin mədəniyyətini təbliğ etməyə imkan verir. Xarici tələbələr ölkəyə valyuta gətirməklə yanaşı həm də o ölkənin dostlarına çevrilirlər. Böyük Britaniyada 437000 xarici tələbə təhsil alır ki, bu ümumi tələbələrin 19%-ni təşkil edir. Həmin tələbələr ölkədə 206600 iş yerinin açılmasını təmin edib və ölkə xarici tələbələrdən 27 milyard £ ildə pul qazanır. Bu bizim manatla 61 milyard edir. Bizim universitetlərə kifayət qədər xarici tələbə cəlb edə bilməməyimizin əsas səbəblərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Hökumət və təhsil nazirliyi bu barədə də təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”, – deyə Q. Həsənquliyev bildirib.

Salyan sakinini avtomobil vurub

Hadisə Şorsulu kəndində baş verib

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Şorsulu kənd sakini Muxtarov Saləddin Hüseyn oğlu kənd ərazisində yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyadanı sürücünün özü Salyan Mərkəzi Xəstəxanasına çatdırıb.

 

Soyunduğu anı izləyiciləri ilə bölüşdü – Fotolar

Soyunduğu anı izləyiciləri ilə bölüşdü - Fotolar

Amerikalı gənc aktrisa Bella Thore bu dəfə də açıq-saçıq paylaşımı ilə diqqət çəkməyi bacarıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı aktrisa “Filthy Fangs” adı verdiyi alt paltarları markası üçün kamera qarşısına keçib.

Bella cəsur pozlarını, xüsusilə əynindəki ağ köynəyi çıxartdığı anını İnstaqramda 17 milyonluq izləyiciləri ilə bölüşüb.

Thorenin şəkilləri qısa zamanda minlərlə “like” toplayıb.

Qeyd edək ki, gənc aktrisa sonuncu dəfə dünya şöhrətli aktyor Arnold Şvartsneqqerin oğlu Patrik Şvartsneqqerlə “Midnight Sun” ekran işinə çəkilib.

 

 

 78889899888998889888

 

 

Bakıda və regionlarda əməliyyat: Həbslər var – Rəsmi

Mayın 18-də külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Xeberlerdotaz xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əməliyyatı nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.

Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.

Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanıb.

Anasını zorlayıb, başını kəsdi, hönkürüb ağladı… – DƏHŞƏT DOSYESİ

1948-ci ildə Kaliforniyanın Burbank bölgəsində doğulan Edmond Kemper uşaq vaxtı baxdığı qorxulu filmlərin təsirinə düşərək, “böyüyəndə amansız qatil olacağam ki, hamı məndən danışsın” – deyə qərar verir. Hələ 6-7 yaşlarından kiçik bacısını qorxutduğu üçün anası onu günlərlə zirzəmidə saxlayır. Amma Edmondun qorxulu hərəkətlərində dəyişiklik olmur. Anası onu zəncirlə çarpayıya bağlayır. Bu cəza da oğlunun işgəncə xarakterli hərəkətlərinə son qoya bilmir.

 

İlk qətl…

 

Edmond Kemper 16 yaşında ilk cinayətinə imza atır. O, evlərinə qonaq gəlmiş ana nənəsini öldürür. Sonradan anası istintaqa ifadəsində bildirir ki, özləri tətilə getdikləri üçün nənəsini ondan muğayat olması üçün evə çağırıbmış. Edmond Kemper sadəcə nənəsini həzz üçün öldürdüyünü və “onu bıçaqla qətlə yetirərkən hansı hissləri keçirəcəyini hiss etmək məqsədi ilə” bu işi gördüyünü bildirib. Cinayətin ardınca Edmond babasını da evə çağırır. Nənəsinin özünü pis hiss etdiyini deyir. Babası nənəsinin meyitini görəndə özünü pis hiss etməsin deyə Edmond babasını da öldürür. Qapının arxasında gizlənib boynuna ət baltası ilə üç-dörd zərbə endirir. Məhkəməyə ifadəsində yeniyetmə qatil deyir ki, babasını çox istədiyi üçün onun qətlinə fərman verib.

 

Dəlixanadan sonrakı cinayətlər…

 

Kemper bu cinayətlərdən sonra Kaliforniya Psixoloji Xəstəxanasının ciddi rejimli şöbəsində müalicə alır. İki il yatdıqdan sonra oradan qaçmağı planlaşdırır. Günlərin bir günü xəstəxanada yanğın baş verir və Edmond oradan qaçır. Elə yolda ikən bir maşını saxlayır və içindəki üç gənci öldürür. Yolda “avtotostop”la səyahət edən iki qızı avtomobilinə mindirir. Onları meşəyə aparan qatil əvvəlcə “könül xoşluğu” ilə zorlayır, sonra isə öldürüb, cəsədlərini hissələrə ayırır. Xəstəxanadan qaçdığı ilk üç ayda silsilə cinayətlərlə Kaliforniya polisini cəncələ salan Edmond Kemper bu müddət ərzində daha 10 qadını zorlayır və başlarını kəsir.

 

Anasını zorlayan və tikələrə ayıran manyak…

 

Ard-arda on səkkiz cinayətdən sonra bir müddət “yoxa çıxan” Edmond dəlixanada iki il “çürüməsinin” əsas səbəbi kimi anasını günahlandırır və ondan bunun heyfini alacağını düşünür. Anasının bu müddət ərzində başqa bir kişi ilə evləndiyini eşidən 23 yaşlı manyak Burbanka gəlir və cütlüyün yaşadığı evi tapır. Qapını döyür, anasına sarılıb ağlayır. Sonra ana-bala yemək yeyirlər. İçki içirlər. Daha sonra “gözünü qan örtən” Edmond anasının sərxoş olduğunu görüb, onu zorlayır. Ardınca başını kəsərək, çarpayısının üstünə qoyur və ağlamağa başlayır. Bu vaxt ögey atası evə gəlir və gördükləri mənzərədən huşunu itirir. Edmond Kemper onu da qətlə yetirir. Qoşa çarpayının digər tərəfindəki yastığa ögey atasının başını qoyub, evdən çıxır.

 

Həbsdən sonra…

 

7 may 1973-cü ildə həbs edilən Edmond Kemper yaxalandığı günə qədər 51 insanı qətlə yetirdiyini etiraf edir və qurbanlarını necə öldürməsi barədə məhkəməyə məlumat verir. 1973-cü ilin noyabrında ilk məhkəməsi keçirilir. Sonradan iki dəfə intihara cəhd etsə də buna imkan verilmir. Edmond 1974-cü ilin fevralında məhkəmə salonundan qaçır. Onun ölü və ya sağ olması haqqında bu günə qədər məlumat yoxdur. Ölümündən sonra haqqında musiqilər bəstələnən, sənədli filmlər çəkilən Edmond Kemperin Meksikaya qaçması ilə bağlı şayiələr də dolaşmaqdadır.(LENT.AZ)

Ötən ay ərə gedən model yenə soyundu – foto

Ötən ay ərə gedən model yenə soyundu - foto

Ötən ay aktyor Sebastian BiəMakClada ərə gedən amerikalı model-aktrosa Emili Ratajkovski yenə soyunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı model İnstaqram səhifəsində sinəsini əlləri ilə örtdüyü fotosunu paylaşıb. Emilinin ağ-qara fotosu 500 mindən çox “like” toplayıb.

Qeyd edək ki, Ratajkovskinin İnstaqramda 16,9 milyon izləyicisi var. O daim çılpaq fotoları ilə gündəmdədir.

Ərdoğan haqda şok xəbər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Xeberlerdotaz xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.

“Şayiələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq”.

Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib ki, türk əsilli bir qrup şəxs Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır.

Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

Aynişanın toydan elə bir videosu yayıldı ki…

Aynişanın toydan elə bir videosu yayıldı ki...

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan sosial şəbəkədə yeni paylaşım edib.

Aynişan anası ilə birlikdə toyda iştirak edib. Onların videosuna təriflər yağıb.

Sözügedən görüntüləri təqdim edirik:

Vidyonu izləmək üçün linkə bas

http://izle.az/embed/57545

Ayrılıq onu pis günə qoydu-ŞOK

Murad Bozla 2,5 il eşq yaşayan və bu yaxınlarda ayrılan Aslı Enver ağır günlər yaşayır.

Xeberlerdotaz axşam.az-a istinadən bildirir ki, Aslı 6 kiloqram çəki atıb. Yeyib-içməkdən kəsilən aktrisa çoxlu siqaret çəkir.

Rol aldığı “İstanbullu gelin” serialı iyunda final etdikdən sonra Aslı Meksikaya orada yaşayan böyük qardaşının yanına getməyi planlaşdırır.

 

Prezidentə qarşı sui-qəsd cəhdi? – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumaat görə, bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.

Skopyedə yaşayan türklər bildirib: “Şaiyələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq”.

Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib: “Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır”.

Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

İlham Əliyev və Mehriban Əliyevanın toy – FOTOLARI

Cütlüyün üç övladı və üç nəvəsi var.

Bu gün 50 illik yubileyini qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın toy fotoları yayılıb.

Xeberlerdotaz xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Azərbaycanın hazırki prezidenti İlham Əliyevlə 1983-cü ildə ailə qurub. Cütlüyün üç övladı və üç nəvəsi var.

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Ölkə başçısından sevindirici xəbər

 

Gələn həftə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Gununsesi.info-nun xəbərinə görə, artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb.Komissiyadan əldə etdiyimiz məlumata görə, bir neçə aydır davam edən iclaslarda 1500-dən artıq müraciətə baxılıb. Həmin müraciətlərin böyük əksəriyyəti barədə müsbət qərar qəbul olunsa da bu sərəncamın 500-dək məhkuma şamil olunacağı bildirilir.Gununsesi.info-nun xəbərinə görə, əfv sərəncamında bir neçə siyasi məhbusun da azadlığa çıxacağı gözlənilir.Həmçinin, bu dəfəki əfvi digərlərindən fərqləndirən daha bir yenilik isə sərəncamın bəzi ömürlük məhkumlara da şamil ediləcəyi barədədir. Bilgilərə görə, cəzasının 16 ilindən çox çəkən “ömürlüklər”in cəzası endiriəcək.

Nəvəsinin boşanmasına dözmüyən 75 yaşlı kişidən dəhşətli əməl-AZƏRBAYCANDA

Dünən axşam saatlarında Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.

Xeberlerdotaz BAKU.WS-ə istinadən xəbər verir ki, kənd sakinlərinin virtualaz.org-a verdiyi məlumata görə, İ.Binnətov intihar etməzdən bir müddət əvvəl canına qıyacağını deyibmiş: “Çox sakit kişi idi. Həyat yoldaşı rəhmətə gedib. Oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verəndə gəlini də evdə olmayıb. Gəlin evdə olsaydı, bəlkə bu hadisə baş verməzdi. Bir dəfə özünü asmaq istəyib, qonşular duyuq düşüblər, qoymayıblar. Amma elə hey deyirdi ki, özünü öldürəcək”.

Kənd sakinlərinin sözlərinə görə, İsmayıl kişinin ahıl yaşda canına qəsd etməsinə hərbidə qulluq edən nəvəsinin ailəsində yaranan problemlər səbəb olub. Belə ki, İsmayıl kişi həyat yoldaşından ayrılan nəvəsini barışdırmağa cəhd göstərsə də, buna nail ola bilməyib: “Bakıya nəvəsigili barışdırmağa gedib, barışdıra bilməyib. Nəvəsinin arvadı uşaqlarını da götürüb evdən gedib. Bir yandan da nəticələrini görə bilməməsi ona pis təsir etmişdi. Dünən axşam saat 5-də evin həyətində özünü asıb”.

Göygöl Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır.

Əlilliylə və pensiya ilə bağlı mühüm xəbər

Saxta əlilliyə görə həbslər başlayacaq

“Xeberlerdotaz”  Musavat-a istinadən xəbər verir ki, Azərbaycanda əlilliyin təyinatı prosesindəki problemlər növbəti dəfə nazir səviyyəsində tənqid olunub. Bu dəfə də tənqid yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən gəlib. Belə ki, nazir Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.

Bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz:

“Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən  əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. S.Babayev həmçinin diqqətə çatdırıb ki,  əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib.

Nazir həmçinin deyib ki, bölgələr üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, Azərbaycanın bir sıra bölgələrində əlillik səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Bu məsələni Hesablama Palatası da qaldıraraq, ona aydınlıq gətirilməsi üçün xüsusi araşdırmanın aparılmasının gərəkdiyini bəyan edib.

Çox maraqlıdır ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. Belə ki, 2013-cü ildə – təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra  əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses  səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi – rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.

İndi yeni nazir S.Babayev əlilliyin təyinatı ilə bağlı vəziyyətdən narazılığını açıqlayıb. Sələfi kimi ictimai rəyə hesablanmış addımlar atmasa belə, yeni nazirin də bu sahədə ciddi dönüş yarada biləcəyi ciddi sual altındadır. Hələ ki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.

Onu da qeyd edək ki, əlilliyin təyinatı ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiya imkanlarının böyük olduğu ikinci sahə pensiya sistemidir. S.Müslümovun həyata keçirdiyi “islahatlar” Dövlət Sosial Müdafiə Fondunda da korrupsiya və rüşvətin ən azı olduğu kimi qalmasına xidmət edib. Elə Hesablama Palatasının apardığı çoxsaylı yoxlamaların nəticələri də göstərir ki, pensiya sistemindəki köklü problemlər davam etməkdədir: ölmüş şəxslərin  adına pensiya yazılması, bir nəfərin bir neçə yerdən pensiya alması kimi faktlar Hesablama Palatasının aşkarlaya bildikləridir. Pensiya təyinatı, pensiyaların hesablanması sahəsində vəziyyət daha kəskindir. Güman olunur ki, Palatanın hazırda Fondda davam edən yoxlamaları nəticəsində daha böyük qanunsuzluqlar aşkarlanacaq.

Ekspertlər hesab edir ki, saxta əlillik, habelə haqqı çatan adamlara rüşvət vermədikləri üçün sənəd təqdim olunmaması, eyni zamanda pensiya təminatındakı korrupsiya ilə əlaqədar ciddi araşdırmalar gedir. Bu prosesin sonunda yüksək vəzifəli şəxslərin həbsinin qaçılmaz olduğu bildirilir.

O deprassiyadadır-TÜRKİYƏDƏN GEDİR

Aslı depressiyadadır

 

Murat Bozla 2 ildən çoxdur ki, sevgili olan və ayrılan  Aslı Enver depressiyadadır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Posta” qəzeti məlumat yayıb. 

Bildirilir ki, aktrisa daha çox siqaret çəkir və özünə qapanır. Aslının 6 kilo çəki atdığı da qeyd olunur.

O, rol aldığı “İstanbullu gelin” serialının finalından sonra Meksikada yaşayan qardaşının yanına gedəcək və bir müddət orada yaşayacaq.

Seks haqqında 5 qadın sirri-

Seks haqqında 5 qadın sirri

O cütlüklər, hansılar ki, öz aralarında seksual xarakterli məsələləri müzakirə edirlər, bir qayda olaraq, öz aralarında ən böyük harmoniyadadırlar. Buna görə onun arzuları haqqında partnyordan daha çox soruşmaq lazımdır. Hələlik isə, budur sizə seks haqqında 5 qadın sirri.

Sirr №1.

Qadınlar aybaşı vaxtı cinsi əlaqədə olmağı çox sevirlər, amma bunun üçün hər iki partnyora təmiz olmaq lazımdır. Uşaqlıq yolu quru ola bilər, əgər qadın tamponlardan istifadə edirsə, çıxartmadan sonra, cinsiyyət üzvünün tətbiqi çox xoş olmaya bilər. Buna görə, bir az gözləmək, və hələlik başqa nəvazişlər məşğul olmaq lazımdır. Ona görə oral seksi təcrübədən keçirməyə və ya ümumiyyətlə bir müddət ondan aybaşı dövrünə görə imtina etməyə tələsmirsiniz.

Sirr №2.
Qadınlar bitmiyən cinsi əlaqəni sevmirlər. Məşuq onlara lazımlıdır, seksual maşın deyil. Qadınlar bir dəfədən çox orqazmı xoşlayırlar, amma istirahət onlara lazımdır.

Sirr №3.
Qadınlar əmindirlər ki, dəyərli həzzi barmaqlarla çatdırmaq mümkün deyil, buna görə siz ona əksini sübut etməlisiniz. Uşaqlıq yolunun bütün əsəb sonları girişdədir. “G” nöqtəsini axtarın, hansı ki, uşaqlıq yolunun qabaq divarında yerləşdirilmişdir. Əgər qadının xoşuna gələcəksə, o istəyəcək ki, siz daha dərin ona nifus edəsiniz, o bunu sizə öz hərəkətləriylə göstərəcək. Sizdə əlininizin belə hərəkətləri üçün mütləq təmiz olmalıdır, və dırnaqlar qısa kəsilmiş.

Sirr №4.
Qadınlar Yeniliklərdən heyrandılar. Xəyala qapılaraq (özündən uyduraraq), onlar bunu sınaqdan keçirməyi arzu edərdilər, amma ola bilər ki, utanırlar. Bu oral seks ola bilər, anal deşiyə barmaqların tətbiqi, bandaj, fistinq, evdən kənar seks, avtomobildə seks və başqa. Siz bu haqda danışmağa utanmamalısınız. Nə qədər daha siz öz partnyorunuzun arzuları haqqında biləcəksiniz, o qədər sizə cinsi münasibətlərdə onunla daha rahat olacaq.

Sirr №5.
Səhərlər qadın həyacanlandırılmış vəziyyətdədir. Sekslə məşğul olmazdan əvvəl siz bir az gözləməlisiniz və aralığ ətrafında və ya uşaqlıq yolunun yanında şeylə sürməy lazımdır. Əlbəttə, bütün qadınlar səhərlər seksi sevmirlər, amma əgər qadın tez durursa, onda yoxlamaq olar.

© Qreat.az ©

Istinad: http://qreat.az/kisi-dunyasi/313-seks-haqqinda-5-qadin-sirri.html

Şəbnəm Tovuzlunun həyat yoldaşının kimliyi bilindi – Mülklər, obyektlər…

Ä°lgili resim

Şəbnən Tovuzlunun kimliyi, şəxsi həyatı, açıqlamaları onun sənətindən daha çox gündəmə gəlir.

Hazırda Hacı adlandırdığı şəxslə vətəndaş nikahında yaşayan müğənninin özəl həyatı, münasibətləri bir çoxlarına maraqlıdır. Ona görə yox ki, Şəbnəm Tovuzlu Azərbaycan xalqı üçün maraqlı personadır, bəlkə də, ona görə ki, xanım sənətçi özü öz şəxsi həyatını gizli saxlamaq istəsə belə, bu barədə tez-tez danışır.

Şəbnəm Tovuzlu hazırkı həyat yoldaşının adını, kimliyini gizlə saxlayır. Heç bir şəkildə onun simasının görünməsinə imkan vermir, ancaq onunla hovuzda, ya da maşında əl-ələ tutuşan şəkillərini paylaşır. İsrarla həmin şəxsin kim olduğunu deməsə də, qatıldığı hər verilişdə ailəsindən, Hacıdan danışmaqdan çəkinmir.

Müğənni proqramlarda, ya da “İnstagram” sosial şəbəkəsində açdığı canlı yayımlarda ağlayaraq onun ailəsindən əl çəkməyi, bu haqda danışılmamasını istəyir. Ancaq gizli olan məlumat insanları daha da cəlb edir. Bir şəxsin varlığından bu qədər danışıb, özünü xüsusi cəhdlə gizlətdikdə bu hətta başqalarının həyatı ilə maraqlanmağı sevməyən insanların belə diqqətini çəkir.

Şəbnəm Əsədova 5 də 5 ile ilgili görsel sonucu

Şəbnəm Tovuzlunun bilərəkdən ya da bilməyərəkdən bu cür addım atması, onun həyat yoldaşının kim olması barədə şaiyələrin çoxalmasına səbəb olur. Bir müddət öncə Şəbnəm Tovuzlunun iki müxtəlif kişi ilə şəkli yayılmışdı.

Ä°lgili resim

Bu şəxslərdən hansı onun hazırda kəbin nikahında olduğu Hacıdır deyə düşünülürdü. Ancaq şəkillərdə birində Şəbnəmin 10 il öncəki həyat yoldaşı və həmkarı Ərşadla səmimi görüntüləri vardı. Ərşad bu şəkillərin yayanları qınamışdı. Şəbnəm isə öz növbəsində Ərşaddan ayrılıb daha sonra xoşbəxt yaşadığını bildirib.

Digər fotodakı şəxsin kimliyini isə daha geniş axtarış tələb edirdi. Sonda məlum oldu ki, həmin insan 2016-cı ildə Şəbnəmin sevgilisi və ya sponsoru kimi təqdim edilən, özünün isə “ərimdir” dediyi Famil Xəlilov imiş.

Şəbnəm Əsədova ile ilgili görsel sonucu

2 il öncə Tovuzlu MTN-ə aparılaraq dindirilmişdi. Famil Xəlilov da “Sipark” İnşaat şirkətinin şəriklərindən biri olub və adı keçmiş MTN generalı Akif Çovdarovla işbirliyində çəkildiyi üçün həyat yoldaşı Şəbnəm Əsədova da sorğu-suala tutulub.

Şəbnəm Əsədova o zaman verdiyi açıqlamasında Famil Xəlilovla rəsmi nikahda olduğunu bildirib: “Bizim həm rəsmi nikah sənədimiz var, həm də kəbinimiz. Yəni o adam mənim sevgilim deyil, ərimdir. Akif Çovdarovla da əlaqəsi ola bilər. Çünki iş adamıdır, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır. Famil mənim ərimdi, mən niyə onun qarşısında diz çöküb yalvarım?! Bizim aramızda qısqanclıq mövzusunda mübahisə olmuşdu, o da ötüb keçdi. Bəzən 20 ilin ailələrinin arasında bu cür mübahisələr, narazılıqlar yaşanır”.

Vəfa Şərifova ile ilgili görsel sonucu

May ayının əvvəlində müğənni Vəfa Şərifova “Hər şey daxil” verilişində Şəbnəm Tovuzlu barəsində qalmaqallı sözlər deyib. O bildirib ki, Şəbnəm Tovuzlu ilə bir verilişdə iştirak etmək istəmir: “Mən demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə, bir ayda üç kişi dəyişənlərlə bir arada çəkilsin”.

Şəbnəm Tovuzlu həmkarının dediyi kimi bir ayda üç kişi dəyişməsə də, mətbuatın bildiyi qədəri ilə 3-cü dəfə də ailə həyatı qurub. O, məşhur Hacı ilə Şəbnəm rəsmi olaraq tanınmayan dini nikahla birlikdə yaşayırlar. Yayılan məlumatlara görə, Hacı Şəbnəmdən yaşca 9 yaş böyükdür.

Şəbnəm və oğlu Əlinin atası Rafiq

Hacı kimi tanınan şəxsin əsl adı isə Rafiqdir. Şəbnəmlə Rafiqin arasında 9 yaş fərq var. Hacı Rafiq biznesmendir. Bakı metrosunun “Memar Əcəmi” stansiyasının yaxınlığında, Nizami küçəsində geyim mağazası (Şəbnəm bu mağazadan geyinir və orada paltarlarını satdırır – red), İçirişəhərdə, Tovuzda, Gəncədə obyektləri var. Şəbnəm Tovuzlu hazırda Rafiqin ona hədiyyə etdiyi evdə yaşayır.

 

Hər bir halda öz şəxsi həyatını yaşayan iki övlad anası bir xanım haqqında hər dəfə başqa ad, yarlıqla nəsə yazmaq düzgün deyil. Ancaq müğənni özü də şəxsi həyatı barədə danışmaq əvəzinə, sənəti ilə gündəmə gəlmək üçün çalışmalıdır.

“Youtube”-da onun sadəcə qalmaqallı açıqlamaları, verilişlərdə həyatı haqqında danışdıqları yer alır. Hansısa bir ifasını tapmaq, dinləmək üçün isə bir xeyli axtarış etmək lazımdır. Şəbnəm Tovuzlu öz sənətçi imicini formalaşdırmaq üçün ən azından bir müddət özü öz başını qalmaqallardan çıxarmalı, “mənim şəxsi həyatımdan nə istəyirsiniz” deyib, daha sonra da ancaq öz ailəsi barədə danışanda iki dəfə düşünsə onun xeyrinə olar.

 

Sabiq MTN naziri prezidentdən bağışlanmağın istədi-FOTO

14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərov əfv olunmaq üçün prezident ilham Əliyevə müraciəte dib.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatda bildirilir ki, ölkə başçısına ünvanladığı müraciətində sabiq nazir Azərbaycan dövləti qarşısında xidmət göstərdiyini xatırladaraq, prezidentdən onu bağışlamasını diləyib.

Ancaq Vəli Əsgərovun bu müraciətinə müsbət yanaşılacağı inandırıcı deyil. Nəzərə alsaq ki, Əfv haqqında əsasnaməyə görə  cəzanın yarısını çəkən məhkum əfv üçün müraciət hüququ qazanır. Vəli Əsəgərovun isə 2016-ci ildə məhkum olunmasını nəzərə alsaq o zaman onun əfv üçün şansının olmadığı bəllidir.

676767

Azərbaycanlı model alt paltarı geyinmədi – Fotolar

Azərbaycanlı model alt paltarı geyinmədi -  Fotolar

Model Kamilla Babayeva geyimi ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, model “Azerbaijan Fashion Week”ə qatılıb. Qonaqlar arasında yer alan Babayeva alt paltarı geyinməyib.

Obyektiv qarşısına keçən modelin süd vəzisi görünüb.

 

889

67778

 

Paşinyan Putinə elə zərbə vurdu ki…

Paşinyandan Putinə ilk zərbə
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalayan ölkələrin liderlərinin qarşıdakı görüşlərindən birinə dəvət edilib.
Xeberlerdotaz Publika.az istinadən  xəbər verir ki, bu haqda “Jamanak” diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Paşinyan dəvətdən başqa, görüşün həmsədri kimi çıxış etmək təklifi alıb. Tədbirin harada və nə vaxt planlaşdırıldığı barədə informasiya açıqlanmayıb.
Xatırladaq ki, Ermənistan və Avropa İttifaqı arasında 2017-ci ilin noyabrında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərşənbə günü Avropa Parlamentinin xarici işlər komitəsi tərəfindən bəyənilib. Siyasi-iqtisadi, maliyyə və humanitar məsələlərin geniş spektrini əhatə edən saziş müddətsizdir. O Erməntan və Avropa İttifaqının 28 ölkəsi tərəfindən təsdiqlənnədən sonra qüvvəyə minəcək. İndiyə kimi dörd ölkə – Ermənistan, Estoniya, Latviya və Litva sənədi təsdiq edib.
Mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini xarici siyasətinin prioritetlərindən biri adlandırıb. Paşinyan eyni zamanda Rusiya ilə birgə yer aldığı Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sadiq qalacağını bildirib. Bu fikirləri həmçinin, mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putində görüşündə də səsləndirib.
Lakin siyasi ekspertlər onun bu bəyanatlarına şübhə ilə yanaşırlar və yaxın dönəmdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxış üzrə kampaniyanın əsas təşəbbüskarlarından biri olduğunu xatırladırlar.
Məsələn, bir müddət əvvəl rusiyalı politoloq Yevgeni Mixaylov proqnozlaşdırıb ki, Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək:
“O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir”.

Nikol Paşinyanın Avropa İttifaqı ilə qurumla assosiativ saziş imzalayan ölkələrlə (Gürcüstan, Moldova və Ukrayna – red.) eyni masada olması Moskva üçün heç bir halda, yaxşı yozula bilməz və qıcıqlandırıcı məqamdır.

Sahil Babayevdən 5 yeni TƏYİNAT

Sahil Babayevdən 5 yeni TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.
Xeberlerdotaz report-a istinadən xəbər verir ki, müvafiq əmrlə fondun Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.
Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.

Xeberlerdotaz

Prezidentin sərəncamı ilə təyin olunan yeni icra başçısı kimin oğludur?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilir.
BakuPost xəbər verir ki, icra hakimiyyətindən axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edir.
Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.
R.İbrahimovla bağlı məlum olan yeganə fakt onun neftçi olmasıdır. O, 19 sentyabr 2014-ildə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Digər maraqlı məqam isə onun məşhur neftçi Hüseyn İbrahimovun oğlu olması ehtimalıdır.
1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olan H.İbrahimov 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984-1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilib.
XII çağırış (1989-1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olub.
Naftalan İH-dən Rövşən İbrahimovun Hüseyn İbrahimovun oğlu olub-olmadığını da bilmədiklərini qeyd etdilər.

Xeberlerdotaz